AZ

AFFA nümayəndəsi beynəlxalq təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
O, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq. B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.
Seçilən
157
26
affa.az

10Mənbələr