Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya gedəcək.
“Cebhe.info” xəbər verir ki, dövlət başçısı Avropa Çempionatında Türkiyənin Niderlandla oynayacağı matçı stadiondan izləyəcək.
O, 6 iyunda Berlində keçiriləcək matçda ölkəsinə dəstək verəcək. Beləliklə, Ərdoğan Türkiyə millisinə dəstək olmaq üçün 5-6 iyulda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak etməyəcək. Türkiyə lideri matça görə proqramında dəyişiklik edib. O, bu tarixi matçda stadionda olmağa qərar verib.