"Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər təmsilçisi Elmir Tağıyevi heyətinə cəlb edib.
Ötən mövsüm icarədə olmaqla "sarı-göylər"in şərəfini qoruyan yarımmüdafiəçi ilə yeni 1+1 illik müqavilə imzalanıb.