Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ikinci sülh konfransına dəvət edilə bilər. Bu sözləri isə Ukrayna Prezidenti Vladimir Zelenski “Blumberq”ə müsahibəsində deyib. O bildirib ki, əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir.
Bununla belə, Almaniya heç vaxt Ukraynanın kapitulyasiyasına razı olmayacaq. Kansler Olaf Şolts Bundestaqda belə bəyan edib.
"Bəli, mən belə bir zəmanət verirəm. Məncə, biz heç vaxt Ukraynanın kapitulyasiyasına səbəb olacaq atəşkəs rejimini dəstəkləməməliyik. Bu mücərrəd sual deyil. Putinin gülünc sülh təklifi bunu sübut edir. O, bəyan edib ki, Ukrayna yeni regionların ilhaqını tanıyar və könüllü olaraq onlardan imtina edərsə, atəşkəsə hazırdır. Rusiya prezidentinin məqsədi təcavüzkar müharibəsini bitirmək deyil, müharibəni davam etdirməkdir. Biz buna dözməyəcəyik", - deyə Şolts qeyd edib.
Belarus isə Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketlər daşıya bilən “İsgəndər” operativ-taktiki raket komplekslərini yerləşdirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin dövlət sərhədləri zonasında fəallığının artmasına cavab idi: “Polonez” və “İsgəndər” raket sistemləri sərhədə gətirilib. Onların hansı sursatları olduğunu da bilirsiniz".
Lukaşenko qeyd edib ki, bundan əlavə, Belarus və Rusiyanın HHQ və HHM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. O, Ukraynanı sərhəddə qarşıdurma törətmək cəhdlərinə qarşı xəbərdarlıq da edib: “Qırmızı xətlər” yoxdur, əvvəlcədən müəyyən edilmiş hədəflərə bütün növ silahlarla zərbələr var. Bizim edəcəyimiz budur”. O, həmçinin əlavə edib ki, sərhədçilər və xüsusi əməliyyat qüvvələri potensial düşmənin sərhədlərini və hərəkət istiqamətlərini intensiv şəkildə qoruyur. Eyni zamanda Lukaşenko bildirib ki, sərhəddə heç bir eskalasiya olmayacaq, çünki nə Kiyev, nə də Minsk bunda maraqlıdır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Qədir Aslan cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat