AZ

Məsud Pezeşkian rəy sorğularında Cəlilini qabaqladı

İranda keçirilən rəy sorğusunda prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian 49,5 faiz səslə,   43,9 faiz səs toplayan mühafizəkar namizəd Səid Cəlilidən irəlidə görünüb.
Sitat.info xəbər verir ki, İran Tələbələrin Sorğu Agentliyi  iyulun 3-də ölkə üzrə prezident seçkilərinin ikinci turu ilə bağlı keçirdiyi  sorğunun nəticələrini paylaşıb.

Ölkənin 31 əyalətində yaşı 18-dən yuxarı olan 3606 nəfərlə aparılan sorğuda mütləq seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə belə bir sual verilib: “Əgər prezident seçkiləri indi keçirilsəydi, Pezeşkian və Cəlilidən hansına səs verərdiniz?". 

İştirakçıların 49,5 faizi islahatçı namizəd Pezeşkiana, 43,9 faizi isə mühafizəkar namizəd, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini bildirib.

Sorğuda iştirak edənlərin 4,8 faizi səs verəcəyini, lakin hələ qərar verə bilmədiyini bildirsə də, 1,8 faizi “boş səs” verəcəyini bildirib.

Məğrur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
sitat.info

2Mənbələr