AZ

HƏMAS-dan gözlənilən addım: atəşkə əldə etməyə yaxındır

İsrail və HƏMAS Qəzza zolağında atəşkəs əldə etməyə yaxındır.

Medianews.az xəbər verir ki, bu barədə CNN israilli mənbəyə istinadla yazır.

Məqalədə deyilir: “İsrail və HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın astanasında görünür”.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri hesab edir ki, HƏMAS-ın cavabı münaqişənin hər iki tərəfinə ətraflı danışıqlara başlamağa imkan verəcək. Lakin bunun üçün ilk növbədə İsrailin baş naziri Binyamin Netanyahunun razılığı lazımdır.

İsrailin baş nazir ofisi və İsrail kəşfiyyat xidməti Mossad daha əvvəl birgə bəyanat yayaraq, girovların dəyişdirilməsi təklifinə HƏMAS-dan cavab aldıqlarını qeyd ediblər.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
medianews.az

10Mənbələr