AZ

Digər ölkələrHƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib - YENİLƏNİB

HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi İzzat ər-Rişq teleqram kanalında bildirib.

"Bəzi KİV-lər tərəfindən HƏMAS-ın Xan Yunis yaxınlığında İsrail qüvvələrinin hücumuna cavab olaraq danışıqları dayandırmaq qərarı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”, - rəsmi nümayəndə deyib.

11:27

HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi bildirib.

O, HƏMAS-ın İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarını açıqlayıb.

Belə ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
far.az

10Mənbələr