AZ

"Qarabağ"ın iki rəqibi bəlli oldu

"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək. Metbuat.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.Ağdam təmsilçisinin Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi "Kaiserslautern" (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan "Viktoria Plzen" klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
12
metbuat.az

10Mənbələr