AZ

"Real"ın futbolçusu "Napoli"yə keçdi

“Real”ın müdafiəçisi Rafa Marin “Napoli”yə keçib.

AzxeberSport xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasında transferlə bağlı razılıq əldə olunub. Müqaviləyə Marinin geri alınması variantı da salınacaq.

Qeyd edək ki, ispaniyalı mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Alaves”də keçirib. O, bu komandanın heyətində 35 oyunda iştirak edib. Onun “Real”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
99
9
azxebersport.az

10Mənbələr