Pensiya yaşının 65 olmasını nəzərə alsaq yaşı 35-dən yuxarı vətəndaşlar harada işləməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmək qanunvericiliyi üzrə ekspert Sahib Məmmədov bildirib ki, hansısa bir şirkət bunu edirsə o demək deyil ki, bu total yayılmış bir məsələdir.
Sahib Məmmədov qeyd edib ki, belə elanları verənlər ciddi qurumlar deyil, onlara işçi yox, görünür başqa şey lazımdır:
Dövlət sektorunda yaş məhdudiyyəti 65-dən başlayır. Bu, qanunla müəyyən olunub. Ona görə də dövlət qulluğuna qəbulda belə bir məhdudiyyət yoxdur. Yəqin ki, özəl şirkətlərin bəziləri bunu edir və qanunsuz edirlər. Əvvəla, 35 yaş üstü insanlar əmək fəaliyyətində daha professional və enerjili olurlar. Belə bir yaş məhdudiyyətinin qoyulması qanun ilə qadağandır. Dövlət sektorunu demirəm, çünki orada belə bir şey yoxdur. Bəlkə ola bilsin, büdcə təşkilatları özləri imtahansız kimisə işə qəbul edən zaman belə bir şərt qoysunlar. Yəni kimisə işə götürməmək üçün bəhanə edə bilərlər. Ciddi kommersiya qurumu bunu etməz. Bu yəqinki, 3 nəfər, 5 nəfər işçisi olan ofisdir, nə ilə məşğuldular heç kim bilmir. Elə bir şirkətdə işləməyə də dəyməz. Çünki ciddi bir iş yeri sayılmaz. Elə bir iş ola bilər ki, orada yaş əhəmiyyət kəsb etsin. Dəfələrlə Nazirlər Kabinetinə təklif etmişik ki, belə iş yerlərinin siyahısını versin. Məsələn, cinsə, yaşa, fizioloji keyfiyyətlərə görə və s. Fizioloji xüsusiyyətlərinə görə, məsələn, polis orqanlarına qəbulda boy vacib amildir.
Əfsanə Rəcəb
Demokrat.az
10Mənbələr
-
qaynarinfo.az"Əmək bazarı bərbad vəziyyətdədir" - Ekspert ( 8641394)
-
fed.az"Sahibkar azad olunan ərazilərdə işçinin iş icazəsini almazdan öncə əmək müqaviləsi bağlamalıdır" ( 8315642)
-
gender.az"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8298017)
-
hurriyyet.az"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8297117)
-
turanpress.com"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8295503)
-
news365.az“Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar“ — AÇIQLAMA ( 8295125)
-
moderator.az"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8295068)
-
referans.az"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8293805)
-
demokrat.az"Yaşı 35-dən çox olanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8290418)
-
demokrat.az"35 yaş üstü insanlar əmək fəaliyyətində daha təcrübəli və enerjili olurlar" — AÇIQLAMA ( 8290322)