AZ

Avro-2024: Türkiyənin oyununun hakimləri açıqlandı

Avro-2024-ün 1/4 final mərhələsinin Niderland - Türkiyə matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Klemen Turpen olacaq. Ona laynsmanlar Nikolas Danis və Benjamin Paqes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Feliks Zvayer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, Niderland - Türkiyə qarşılaşması 6 iyul tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Seçilən
81
sportal.az

1Mənbələr