AZ

Filarmoniyada əməliyyat keçirildi: vəzifəli şəxslər... -YENİLƏNDİ

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb.

Bu barədə OXU24.COM-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: "Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

xxx

17:50

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

OXU24.COM “Qafqazinfo”-ya istinadla xəbər verir ki, əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.

Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Əməliyyat barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
oxu24.com

10Mənbələr