AZ

Ancelina Colinin övladları onun çox arıqlamasından narahatdırlar

Hollivud ulduzu, aktrisa Ancelina Colinin uşaqları onun həddən artıq arıq olmasından narahat olduqlarını dilə gətiriblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa Bred Pittdən boşandıqdan sonra  daha çox arıqlayıb və bu övladlarını narahat edir.  Stress səbəbindən ulduzun qidalanmasında problemlər yaranmağa başlayıb. "O, tam yemək yemək bir yana, zülal kokteylini də udmaqda çətinlik çəkir" deyə övladları qeyd ediblər.

Coli ailəsində özünün təbliğ etdiyi düzgün qidalanma vərdişlərinə əməl etmir. Nəticədə uşaqlar aktrisaya yemək bişirməyə məcbur olurlar. “Onu bu qədər arıq görmək onları əsəbləşdirir. Onların hamısı narahatdır”, - deyə maqazin qəzetləri yazır.

Seçilən
283
39
paralel.az

10Mənbələr