AZ

Şəkidə fərdi yaşayış evində yanğın oldu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Çələbixan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxi, sanitar qovşağı 21 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
11
yenisabah.az

10Mənbələr