Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenkonun Astanada keçirilən ŞƏT sammiti çərçivəsində görüşü olub.
Bizim.Media xəbər verir ki, görüş zamanı prezidentlər arasında səmimi dialoq yaranıb.
“Hörmətli Prezident, dəyərli dost. Bu gün sizi yaxşı gördüm”, - deyə Ərdoğan bildirib.
Lukaşenko isə buna cavab olaraq “Çalışıram, başqa seçimimiz yoxdur. Əftardakı vəziyyəti özünüz də bilirsiniz”, - deyə bildirib
Qeyd edək ki, tərəflər Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər.
Bizim.Media