AZ

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

Bakı. Trend:

Özbəkistanda deflyasiya 0,2 faiz təşkil etsə də illik inflyasiya10,6 faizə qədər artıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Milli StatistikaAgentliyi məlumat yayıb.

İyun ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 1,8 faizazalıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,8 faiz, əhaliyəgöstərilən ödənişli xidmətlərin dəyəri isə 0,9 faiz bahalaşıb.Mənzil kirayəsi aylıq 0,7 faiz, illik 9,5 faiz artıb. Dərmanqiymətləri artmaqda (1,4 faiz) davam edib, (ƏDV güzəştləri ləğvedildikdən sonra) stasionar müalicə və reabilitasiya xidmətlərininqiymətləri 4,2 faiz artıb.

İyun ayında respublika üzrə dəmir yolu nəqliyyatı xidmətlərininqiyməti orta hesabla 1,8 faiz, hava nəqliyyatı bir ay ərzində 0,2faiz, turist səfərləri isə 1,6 faiz bahalaşıb.

Bundan başqa, dövlət uşaq bağçalarında ödənişlər 20 faiz, özəluşaq bağçalarında 2,4 faiz bahalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
5
az.trend.az

6Mənbələr