AZ

AVRO-2024: 1/4 final mərhələsində ilk oyun günü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün AVRO-2024-ün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşlərdə İspaniya Almaniya ilə, Portuqaliya isə Fransa ilə qarşılaşacaq.
1/4 final mərhələsinin açılış matçında İspaniya və Almaniya seçmələri üz-üzə gələcəklər. İstər qrup, istərsə də 1/8 final mərhələsində inamlı təsir bağışlayan ispanlar və almanlar bu dəfə rəqib olacaqlar. Bu görüşü AVRO-2024-ün erkən finalı da adlandırmaq mümkündür. Danimarkanı iki cavabsız qolla məğlub edən almanlar və Avropa çempionatına ilk dəfə qatılan Gürcüstanı 4:1 hesabı ilə məğlub edən ispaniyalılar növbəti mərhələyə adlamaq üçün gərgin mübarizə aparmalı olacaqlar. İspaniya və Almaniya indiyədək 17 dəfə görüşüblər. Altı dəfə Almaniya, beş dəfə isə İspaniya qalib gəlib. Görüş Bakı vaxtı ilə iyulun 5-də saat 20:00-da start götürəcək.
2016-cı ildə Avropa çempionatının finalında qarşılaşan Fransa ilə Portuqaliya bu dəfə 1/4 final mərhələsində üz-üzə gələcəklər. Fransa millisi 2016-cı ildəki məğlubiyyətin acısını çıxarmaq üçün bütün fürsətlərdən layiqincə yararlanmağa çalışacaq. Portuqaliyalılar isə sonuncu Avropa çempionatını keçirən Kriştianu Ronaldunu kubokla yola salmaq istəyirlər. Məhz bu səbəbdən görüşün bolqollu olacağını düşünmək olar. Sloveniya ilə görüşdə penalti fürsətini qaçıran Kriştianu Ronaldunun bu qarşılaşmaya necə çıxacağı da əsas sual yaradan məqamlardan biridir. 2016-cı il finalını nəzərə alsaq, bu görüşü də erkən final adlandıra bilərik. Komandalar ümumilikdə 10 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa millisi, birində isə Portuqaliya seçməsi qalib gəlib. Portuqaliyalıların yeganə qələbəsi isə məhz 2016-cı ildə keçirilən Avropa çempionatının final görüşünə təsadüf edib. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 5-də saat 23:00-da səslənəcək.
5 iyul
1/4 final mərhələsi
İspaniya - Almaniya
Saat 20:00, "MHPArena"
Portuqaliya - Fransa
Saat 23:00, "Volksparkstadion"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
oxu.az

10Mənbələr