AZ

Britaniyada keçirilən seçkilərin nəticələri açıqlanıb

Britaniyada keçirilən parlament seçkilərinin “exit-poll” nəticələri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin üç aparıcı televiziya kanalında yayılan vahid "ekzit-poll"un nəticələrinə görə Leyboristlər partiyası parlamentdə böyük üstünlük qazanıblar.

Belə ki, Keyr Starmerin rəhbərlik etdiyi Leyboristlər  650 nəfərlik yeni parlamentdə 410 yer qazanıblar.

Hakim Mühafizəkarlar Partiyası ciddi məğlubiyyətə uğrayır. Onlar 131 mandat alıb ki, bu da 2019-cu ilin son seçkiləri ilə müqayisədə 234 yer azdır.

Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər.

Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazım olub.

Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi. 

Seçkilərin nəticələrinin əksəriyyəti Britaniya saatı ilə iyulun 5-də saat 6-ya qədər elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
operativmm.az

8Mənbələr