AZ

Vüqar Məmmədovun deputatlığa namizədliyi irəli sürüldü - ADP ALİ MƏCLİSİNİN SESSİYASI KEÇİRİLDİ

Növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib...

Bu gün ADP Ali Məclisinin sessiyası keçirilib.

Hurriyyet.az xəbər verir ki, Ali Məclis ölkədəki ictimai-siyasi vəzəyyət və qarşıdan gələn parlament seçkiləri ətrafında müzakirələr aparıb. Ali Məclis 01 sentyabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini geniş şəkildə müzakirə edib. Müzakirələrin yekunu olaraq Ali Məclis 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində partiyanın iştirak edəcəyi ilə bağlı qərar qəbul edib. Müzakirələrdə partiya adından ilkin olaraq aşağıdakı şəxslərin müvafiq dairələr üzrə namizədliyi irəli sürülərək təsdiq edilib:

3 saylı Babək-Şahbuz-Kəngərli – Sərdar Cəlaloğlu

7 saylı Səbail - Sadiq Həsənov

9 saylı Binəqədi ikinci - Taliyət Əliyev

17 saylı Yasamal üçüncü - Nazilə Soltanova

24 saylı Nizami birinci - Nurəddin İsmayılov

25 saylı Nizami ikinci - Vüqar Məmmədov

27 saylı Sabunçu ikinci – Kamran Nəsirli

33 saylı Xətai birinci - Xaliddin Cangirov

34 saylı Xətai ikinci - Zakir Hüseynov

73 saylı Masallı-Cəlilabad - Daşqın Nuriyev

77 saylı Lənkəran şəhər – Azad Hüseynov

78 saylı Lənkəran kənd – Murad Kərimov

79 Astara - İlqar Qənbərov

90 saylı Ağsu - Süleyman Məmmədov

95 saylı Zərdab-Kürdəmir-Ucar - Cəbrayıl Dünyamalıyev

111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov

Ali Məclis növbəti məsələ kimi partiyanı seçki komissiyalarında təmsil etmək üçün AR Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr siyahısını təsdiq edib.   

Ali Məclis - 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri ilə əlaqədar Azərbaycan Demokrat Partiyası adından bütün seçki hərəkətlərinin həyata keçirilməsi səlahiyyətini operativliyin təmin edilməsi məqsədi ilə ADP-nin Nizamnaməsinə və Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisin Rəyasət Heyətinə verib.

Sessiyanın sonunda partiyanın Seçki Qərargahı yaradılıb. Seçki Qərargahına rəhbərlik partiya sədrinin seçki və hüquq məsələləri üzrə müavini Taliyət Əliyevə həvalə edilib. Seçki qərargahına partiyanın deputatlığa namizədlərinin 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində iştirakı ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsi tapşırılıb.

Bununla da Ali Məclis öz işini başa çatdırıb.

Hurriyyet.az

 

Seçilən
26
1
hurriyyet.az

2Mənbələr