AZ

İranda seçki günü: Xamenei xalqı sandığa çağırdı

İranda 14-cü müddətə prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb.

Bakupost.az xəbər verir ki, ölkə lideri Ayətullah Əli Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyədəki zalda qurulan seçki qutusunda səs verib.

Səs verdikdən sonra mətbuata açıqlama verən Xamenei, "Eşitdim ki, ictimaiyyətin seçkilərə marağı əvvəlkindən (birinci tur) daha çox olub. Əgər belədirsə, sevindiricidir. Yeni prezidentimizi sabah görəcəyik. Ümid edirəm ki, xalqımız səs verəcək və ən yaxşısını seçəcək", - deyə bildirib.





İranın daxili işlər naziri Əhməd Vahidi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında səsvermə prosesinin başladığını açıqlayıb.
-
Seçkilərdə islahatçı namizəd, Təbriz müavini və keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar namizəd, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Səid Cəlili yarışır.

Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin məlumatına görə, 88 milyon əhalisi olan ölkədə 59 mindən çox mərkəzdə yaradılmış seçki qutularında təxminən 62 milyon seçici səs verə biləcək. Bundan əlavə, ölkədən kənarda olan İran vətəndaşları 95 ölkədə yaradılmış seçki mərkəzlərində səsverməyə gələ biləcəklər.

Yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 18.00-da başa çatacaq, lakin zəruri hallarda Daxili İşlər Nazirliyinə tabe olan Seçki Mərkəzinin qərarı ilə bu müddət uzadıla bilər. Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı, yekun nəticələrin isə sabah səhər açıqlanması gözlənilir.



Aygün
BakuPost
Seçilən
57
1
bakupost.az

2Mənbələr