AZ

Bu gün qəhrəman şəhidimiz Rəşad Quliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rəşad Quliyev 1988-cu il iyulun 5-də Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 4 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rəşad Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
68
1
qht.az

3Mənbələr