AZ

DGK yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri təşkil edilib (FOTO)

Bakı. Trend:

İyulun 5-6-da Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraüzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinəsəfəri təşkil edilib.

Trend-in məlumatına görə, mediatur gömrük sistemində aparılantəkmilləşdirmələrlə bağlı rəsmiləşdirilmə prosesində reallaşdırılanyeniliklər barədə şura üzvləri və media nümayəndələriniməlumatlandırmaq məqsədilə keçirilib.

İlk əvvəl baş idarənin inzibati binasında şura üzvləri və medianümayəndələri ilə görüş keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev Naxçıvangömrüyünün tarixi barədə məlumat verdikdən sonra əsas inkişafmərhələlərindən söz açıb. Bildirilib ki, Ulu öndər Heydər ƏliyevinNaxçıvanda Ali Məclisin sədri işlədiyi dövrdə muxtar respublikanıniqtisadi təhlükəsizlik sisteminin formalaşdırılması, gömrük vəticarət münasibətlərinin qurulması istiqamətində kompleks tədbirlərhəyata keçirilib, 24 fevral 1992-ci ildə "Naxçıvan MuxtarRespublikası Dövlət Gömrük Komitəsinin yaradılması barədə" fərmanverilib. O illərdə İran ərazisindən keçməklə Azərbaycanın digərbölgələri ilə nəqliyyat əlaqəsinin qurulması və blokadada olanNaxçıvanın Türkiyə ilə gəliş-gedişinin təmin olunması məqsədiləÜmummilli Lider Heydər Əliyevin iştirakı ilə 28 may 1992-ci ildə“Ümid” körpüsü - Sədərək-Dilucu körpüsünün, 3 dеkabr 1992-ci ildəisə Şahtaxtı-Pоldəşt körpüsünün açılış mərasimləri оlub.

Qonşu Türkiyə və İran İslam Respublikası ilə imzalanmışsazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xariciəlaqələrin əhatə dairəsi xeyli genişlənib. Sədərək və Culfagömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimindəfəaliyyət göstərir, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılışməntəqəsinin isə iş vaxtı 16 saata çatdırılıb. Dövlətimizinhərtərəfli diqqət və qayğısı ilə gömrük sistemində müasirinfrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb.

Dövlət Gömrük Komitəsində aparılan struktur dəyişikliklərdənsonra Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək, Şahtaxtı, Culfa,Naxçıvan Karqo Terminalı gömrük postları formalaşdırılıb.

Bu gün muxtar respublika gömrük xidmətində müasir tələblərəcavab verən standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərəkgömrük postlarında quraşdırılan rentgen-nəzarət qurğuları muxtarrespublikaya bütün istiqamətlərdən gələn mallara, nəqliyyatvasitələrinə və sərnişinlərə gömrük nəzarətini daha dolğun vəsürətli şəkildə həyata keçirməyə imkan verir. Gömrük sərhədburaxılış məntəqələrində minik nəqliyyat vasitələri də rentgenqurğusundan keçirilməklə yoxlanılır.

Sonra DGK Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi AdilMuradov və Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə sondövrlərdə Azərbaycan gömrüyü tərəfindən rəqəmsal həllər əsasındareallaşdırılan layihələr barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin fəaliyyəti ilə bağlıvideoçarx nümayiş etdirilib.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraüzvləri və media nümayəndələri Naxçıvan Baş Gömrük İdarəsinin“Rəsmiləşdirmə Mərkəzi”ndə olublar. Daha sonra Naxçıvan KarqoTerminalı gömrük postunda və Sədərək gömrük-sərhəd buraxılışməntəqəsində tətbiq edilən yeniliklərlə əyani şəkildə tanışolacaqlar.

DGK
DGK
DGK
Seçilən
53
6
az.trend.az

10Mənbələr