AZ

Rusiyada niqab qadağan ediləcək? - AÇIQLAMA

Kremldə niqab qadağası ilə bağlı müzakirə aparılmır.

BAKU.WS RBC-ya istinadən xəbər verir ki, bunu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən, "Biz bu müzakirədə iştirak etmirik" deyib.

Bundan əvvəl Rusiyanın başqa bir bölgəsində niqablara müvəqqəti qadağa tətbiq edilib. Müvafiq qərarı Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi açıqlayıb. Respublikanın müftisi İsmayıl Hacı Berdiyevin sözlərinə görə, şəriət qanunları üzü tamamilə gizlədən paltar geyinməyi nəzərdə tutmur.

Dağıstan Müftiliyi ilk olaraq niqab taxmağın müvəqqəti qadağanını elan edib. İyulun 1-də respublikanın müftisi Əhməd Abdulayev bu qərarı elan edərək, "bölgədə tam əmin-amanlıq olana qədər" qərarın ləğv edilməyəcəyini bildirib.


BiG.Az
Seçilən
89
6
big.az

8Mənbələr