Ukrayna PUA-larının Kubanda həyata keçirdiyi hücum nəticəsində altı yaşlı qız ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin başçısı Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, uşaq xəstəxanaya yerləşdirildikdən sonra ölüb: “Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Baxmayaraq ki, belə vəziyyətdə təsəlli və dəstək sözləri tapmaq çətindir”.
Xatırladaq ki, Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində şəhərdə üçmərtəbəli yaşayış binası zədələnib. İkisi uşaq olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Orxan
KONKRET.az