AZ

Messi: "Bütün komanda Martinezə inanırdı"

Argentina millisinin hücumçusu Lionel Messi Ekvadorla penaltilər seriyasında qapıçı Emliano Martinesin çıxışını şərh edib.

90deqiqe.Az xəbər verir ki, “Tyc Sports" 37 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Emiliano belə anları sevir. Bundan sonra o, böyük olur. Bütün komanda ona inanırdı. Görüşdən əvvəl düşünürdüm ki, penaltilər seriyası olsa, sakitləşəcəyik, çünki bizim üstünlüyümüz var”

Qapıçı iki zərbəni dəf etdi və Albiselestenin Amerika Kubokunun ½ finalına yüksəlməsinə kömək edib.Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb və Argentina penaltilərdə qalib gəlib - 4:2. Lionel Skalonun komandası Kanada və ya Venesuela ilə qarşılaşacaqları yarımfinala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
90deqiqe.az

10Mənbələr