Yeniyetmələrin DƏHŞƏTLİ DAVASI - Qızı tualetə salıb... - VİDEO
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.