AZ

Türkiyənin Erbakır Fen Liseyinin nümayəndə heyəti BANM-də olub

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyənin Erbakır Fen Liseyinin direktoru Seda Hilal Nişancının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən AZƏRTAC-a bildirilib k, qonaqlar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə tanışlıq məqsədilə Azərbaycana səfər ediblər. Səfər BANM ilə Təhsil Kompleksinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
azertag.az

3Mənbələr