AZ

Bu gün hansı komandalar AVRO-2024 ilə vidalaşacaq?

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər.

Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.

1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

5 iyul

20:00. İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
sportinfo.az

10Mənbələr