Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi məsələsinin İrəvanın səlahiyyətində olduğunu bildirib.

İndex.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır, o, ikitərəfli münasibətlərə mühüm töhfə verib”, – o bildirib.