Müğənni Şəbnəm Tovuzlu növbəti dəfə toyda “dollar yağışı”na tutulub.
Bizim.Media xəbər verir ki, açıq havada keçirilən məclislərin birində çıxış edən sənətçini dövrəyə alan qonaqlar onun əlinə 100-lük dollar və manat əsginaslarını veriblər.
Bu haldan məmnun olan Ş.Tovuzlu bir əli ilə mikrofonu, digər əli ilə isə pulları tutub. Həmin anları müğənni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media