AZ

Zenfira ağac altında dincələn Şəbnəmin istirahətinə belə "HARAM QATDI" - VİDEO

Müğənnilər Zenfira İbrahimova və Şəbnəm Tovuzlunun sosial şəbəkədə yayılan videosu "viral" olub.

İstirahət mərkəzlərinin birində ağacın kölgəsində günəşdən gizlənən Şəbnəmi həmkarı Zenfira su şlanqı ilə sulayıb.

Bunu görən Ş.Tovuzlu oturduğu yerdən sürətlə ayağa qalxaraq Z.İbrahimovadan qaçmağa cəhd göstərib. Lakin Zenfira buna məhəl qoymayaraq, Şəbnəmin arxasınca qaça-qaça onu sulamaqda davam edib. Daha sonra Tovuzlu İbrahimovanın əlindən su şlanqını alaraq, onu o ki var sulayıb.

Sözügedən hadisə onlarla istirahət edən şəxs tərəfindən anbaan lentə alınaraq sosial şəbəkədə yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:

bizim.media


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
6
big.az

10Mənbələr