AZ

Rüstəm Şahbazov-Cavidan tandemindən sahibkarlara kriminalsayağı hədə... - “Bizdən qaça bilərsiniz, “yaxşı oğlanlar”dan yox!”

Bugünlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov və sement monopolist Cavidan adlı iş adamı ilə bağlı ölkə mətbuatında silsilə yazıların dərci, hər iki şəxsi hərəkətə gətirib".

Hurriyyet.az xəbər verir ki, bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Daha sonra bildirilir: "Sahibkarlara milyonlarla manat məbləğində pul atan, onların əmlakını müxtəlif vasitələrlə ələ keçirən dostlar, bəd əməllərini ortaya çıxaran sahibkarları susdurmaq üçün açıq-aşkar təhdid yolunu seçiblər. Belə ki, onlardan narazı qalan, aldadıldıqları, əmlakları əllərindən alındığı üçün güc orqanlarına müraciət edən sahibkarlara ismarıc göndərən dostlar,bu pulları tək yemədilərini, bunların önəmli bir hissəsini “yaxşı oğlanlar”a hədiyyə etdiklərini söyləyiblər.

Rüstəm Şahbazov-Cavidan tandemi qeyd edib ki, əgər kimsə həmin pul və ya əmlakı geri tələb edirsə, deməli, bu pulu onlardan yox, kriminal dünyanın sahiblərindən istəyir. Bu isə o deməkdir ki, həmin sahibkarların cavabını da kriminal aləmin nümayəndələri verəcək.

Rüstəm Şahbazov – Cavidan ikiliyinin “Bizdən qaça bilərsiniz, “yaxşı oğlanlar”dan yox” mesajı sahibkarların narahatlığını daha da artırıb. İş adamları hesab edir ki, hüquq dövləti olan Azərbaycanda məmur kürsüsündə əyləşən bir adamın kimlərisə kriminalla hədələməsi yolverilməzdir. Bu səbəbdən də əlaqədar qurumlar Rüstəm Şahbazov və onun ortağı olan Cavidanla bağlı konkret addımlar atmalı, onların qanunsuz davranışlarının qarşısını almalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
hurriyyet.az

2Mənbələr