AZ

Millilərimiz yoxlama görüşündə üz-üzə gəldi

Bakıda təlim məşq toplanışında olan Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 və U-18 milliləri yoldaşlıq oyununda üz-üzə gəliblər.

İdmanxeber.az-ın məlumata görə, Texniki Universitetin idman zalındakı qarşılaşma U-16 yığmasının qələbəsi ilə yekunlaşıb – 65:58.

Yeniyetmələrin hazırlıq prosesindəki əsas məqsədi müvafiq olaraq 9-14 iyul aralığında Albaniyanın paytaxtı Tirana və iyulun 23-dən 28-dək eyni ölkənin Elbasan şəhərində keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, U-16 millisinin toplanışı iyulun 6-da, digər komandanın isə iyulun 15-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
idmanxeber.az

6Mənbələr