AZ

Simonyan Azərbaycanla sülh sazişi haqqında: "Bu məsələdə..."

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə sülh sazişinin bağlanmasının gecikdirildiyi fikri ilə razılaşmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə spiker ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında danışıb.

O, prosesin davam etdiyini bildirib və bu məsələdə uğura ümidini vurğulayıb.

Bundan əlavə, spiker brifinqdə bildirib ki, Ermənistan Rusiyada səfiri Vaqarşak Arutyunyanı dəyişdirəcək.

"Yəqin ki, mediadan bilirsiniz ki, tezliklə Rusiyada yeni səfirimiz olacaq. Namizəd artıq təqdim edilib və biz təyinatı gözləyirik", - deyə Simonyan qeyd edib.

Lakin siyasətçi Rusiyada səfir vəzifəsinə namizədin adını açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
milli.az

2Mənbələr