AZ

Nikolo Zaniolo rəsmi olaraq "Atalanta"da

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" klubuna məxsus olan italiyalı hücumçu Nikolo Zaniolo rəsmi olaraq "Atalanta"ya transfer olunub.
Məlumata görə, Türkiyə nəhəngi təcrübəli hücumçunun satışından 15+2 milyon avro gəlir əldə edib.
Belə ki, Nikolo Zaniolo 15 milyon avro qarşılığında "Atalantaya" keçsə də, komanda istər ölkə daxili çempionatda, istərsə də Avrokuboklarda uğurlu nəticəyə imza atacağı təqdirdə "Qalatasaray" klubuna əlavə olaraq 2 milyon avro ödənəcək.
Qeyd edək ki, Nikolo Zaniolo daha öncə "Aston Villa" klubunda icarə əsasında çıxış etdikdən sonra "Qalatasaray"a qayıtmışdı.
Mənbə: Sporx.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
oxu.az

10Mənbələr