AZ

Senator: “ABŞ sülh prosesini asanlaşdırmağa hazırdır” - VİDEO

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır”. 

“Cebhe.info” xəbər verir ki, bunu iyulun 5-də İrəvanda keçirilən mətbuat konfransında ABŞ senatoru Rocer Uiker “NEWS.am” saytının Amerikanın sülh müqaviləsinin konsepsiyasının nədən ibarət olduğu barədə sualını cavablandırarkən bildirib: 

“Bizim əsas məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin və hüquqlara hörmətin olmasıdır”.

Öz növbəsində Helsinki Komissiyasının sədri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Vilson əlavə edib ki, Ermənistanın suverenliyi və sərhədlərinin toxunulmazlığı qorunacaq, Birləşmiş Ştatlar da hərbi əsirlərin qaytarılmasına şərait yaratmağa çalışacaq.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də bu mövzuya toxunaraq qeyd edib:

“Sülh sazişi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir. Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sərhəd keçid məntəqələri açıq olacaq ki, bu da Ermənistan üçün çox vacibdir. Sülh müqaviləsinin məqsədləri bunlardır.

Biz bütün saxlanılan şəxslərin azad edilməsini, eləcə də bütün mədəni irsin qorunmasını təşviq edirik. Amma Ermənistan üçün sülh sazişi vacibdir, çünki İrəvan əmin olmalıdır ki, Azərbaycan tərəfdən heç bir hərbi əməliyyat olmayacaq, sərhəd-keçid məntəqələri açıq olacaq və həll olunmamış məsələlərə doğru addımlar atılacaq. Biz sülh sazişinin tezliklə imzalanmasını istəyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
cebheinfo.az

6Mənbələr