AZ

MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin

monitorinqində iştirak etməyə hazırdır.

Bu barədə  Vətəninfo.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar

seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə

növbədənkənar seçkilər təyin edilib.

Seçilən
63
7
veteninfo.az

8Mənbələr