“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç özünə yeni iş yeri tapıb.
Msport.az xəbər verir ki, 56 yaşlı monteneqrolu İranın “İstiqlal” klubunun baş məşqçisi təyin olunub.
Bojoviçin ötən mövsümü 14-cü yerdə başa vuran yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis “Neftçi” ilə yanaşı, Rusiyanın “Amkar”, “Moskva”, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal Tula” və “Krılya Sovetov”da çalışıb.