Şərur rayonunda 7 yaşlı uşaq boğularaq ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Yaycı kəndində baş verib.
Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü İbrahim Nofəl oğlu Fərzəliyev ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.