AZ

İndi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar -Zurabişvili

Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində yazıb.

O, ABŞ-nin Gürcüstanla birgə hərbi təlimlərinin təxirə salınmasını şərh edib.

“Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar, sonradan isə amerikalı tərəfdaşları ittiham etməklə onları təhqir etdilər. İndi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar. Bu əməkdaşlıq bizim müdafiə qüvvələrimizin inkişafı və NATO standartlarına yaxınlaşmağımızın əsasını təşkil edir”, - o yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
8
ikisahil.az

10Mənbələr