AZ

Devid Lemmi Britaniyanın yeni xarici işlər naziri təyin edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Devid Lemmini yeni xarici işlər naziri təyin edib.

Ednews bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, D.Lemmi 2020-ci ildə Kir Starmer Leyboristlər Partiyasının lideri seçildikdən sonra onun komandasına qoşulub.

Xatırladaq ki, Leyboristlər Partiyasının lideri Kir Starmer Kral III Çarlzdan kabineti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.

Seçilən
89
6
ednews.net

7Mənbələr