AZ

Orban: Macarıstan Ukraynada münaqişənin həlli üçün səylərini davam etdirəcək

Macarıstan Rusiya ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcək.

Ednews-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında deyib.

O xatırladıb ki, bu həftə Kiyev və Moskvada olub, tərəflərin mövqelərinin biri-birindən çox uzaq olduğunu müəyyən edib.

V.Orban vurğulayıb ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır.

“Vacib addımı atmışıq, əlaqələr yaradılıb, bu istiqamətdə işləri davam etdirəcəyəm”, - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
ednews.net

4Mənbələr