AZ

Bayden və Netanyahu arasında görüş ola bilər

ABŞ prezidenti Co Bayden Konqresdə çıxış etmək üçün Vaşinqtona səfəri zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

"Prezidentə Baş nazirin bu ayın sonunda ABŞ-yə səfəri ilə əlaqədar görüşmək istədiklərini deyəcəyəm. Yəqin ki, Baş nazir burada olanda görüşəcəklər. Amma bölüşəcək dəqiq məlumatım yoxdur", Jan-Pyer qeyd edib.

Bir gün əvvəl Bayden və Netanyahu arasında telefon danışığı olub və onlar Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi səylərini müzakirə ediblər.

İyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin Baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcəyini təsdiqləyib. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
operativmedia.az

10Mənbələr