AZ

Əliyev 3 il əvvəl Ərdoğana verdiyi sözü tutdu -

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" otelinin açılışında iştirak edib.Metbuat.az-ın məlumatına görə, Xankəndidə “Qarabağ” hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?
İlham Əliyev: (Gülərək) Orada da olacaq!Həmin görüntüləri təqdim edirik:


Seçilən
72
7
metbuat.az

8Mənbələr