AZ

Ağdərə rayonunun əhalisinin sayı açıqlandı

Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı məlum olub.

Publika.az bildirir ki, Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.

Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olub.

Seçilən
85
37
publika.az

10Mənbələr