AZ

Tikinti şirkəti vətəndaşın evini zədələyib

Tikinti şirkəti vətəndaşın evini zədələyib

Tikinti şirkətinin Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsində vətəndaşın yaşadığı evə zərər vurub.

Mülkün sahibinin sözlərinə görə, Mənzil Tikinti Kooperativinin işçiləri evə bitişik tikilini sökərək evi zədələyiblər:

"Əmimgilin evini sökəndə bizim ev də silkələnməyə başladı. Bizim xəbərimiz yox idi, çünki demişdilər ki, eviniz sökülməyəcək. Bizimlə çox kobud rəftar elədilər. Uşağım xəsarət aldı, anamın ürəyi getdi".

Məsələyə münasibət bildirən tikinti şirkətinin hüquqşünası bildirib ki, vətəndaşın yaşadığı evə heç bir ziyan vurulmayıb. Söküntü işləri yalnız ona bitişik tikilidə həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları isə həmin ünvanda bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.

Ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
5
sonxeber.az

6Mənbələr