AZ

Şamaxıda şiddətli yağışlar torpaq sürüşməsini aktivləşdirdi - Video 

Şamaxıda şiddətli yağışlar torpaq sürüşməsini aktivləşdirib.

Belə ki, Qaleybuğurd kəndində torpaq sürüşmələri daxili yollara xeyli ziyan vurub. Sürüşməyə yaxın olan evlər də təhlükə altındadır.

Sakinlər bildiriblər ki, güclü yağışlardan sonra kənd ərazisində sel yaranıb, sürüşmə də elə bundan sonra başlayıb:

"Vaxtında tədbir görülməsə, evlər uça bilər".

Kənd bələdiyyəsindən bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Onu da qeyd edək ki, kənd dağlıq ərazidə yerləşdiyi üçün yağıntılar zamanı sel yaranır və ciddi fəsadlar törədir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:  



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
referans.az

4Mənbələr