AZ

"Qələbə hər iki komandanın haqqı idi" - Didye Deşam

style='margin-bottom:10px;'>

“Çox gərgin və bərabər səviyyəli matç oldu. Əlavə vaxtın sonunda oynamaq bizim üçün çətin olsa belə, qələbə hər iki komandanın haqqı idi".

QOL.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün 1/4 finalında Portuqaliyaya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Fransa millisi rəqibini penaltilər seriyasında (5:3) üstələyib. Deşam qələbəni belə şərh edib"Ola bilsin ki, bir az daha yorğun görünürdük. Penaltilər seriyasına gəlincə, Olivier Jirunu buraxmaq istədim, lakin hakim istəyimizə məhəl qoymadı. İndi yarımfinala çıxmağın sevincini yaşayıram. Yarımfinalda da qalib gəlmək lazımdır".

Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya ilə qarşılaşacaq. Oyun iyulun 9-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
teleqraf.com

10Mənbələr