AZ

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Düsseldorf şəhərinin “Esprit Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Niderland ilə Türkiyə komandaları üz-üzə gələcək. Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl yarımfinala vəsiqə qazanan İspaniya və Fransa seçmələri bir-birlərinə rəqib olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
yenicag.az

3Mənbələr