AZ

Qeyri-adi OLAY - Cütlük yeni ev almaq üçün körpəsini satışa çıxardı

Özbəkistanda yeni doğulan övladını satmağa cəhd edən cütlüyə məhkəmədə hökm oxunub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, birlikdə yaşayan 35 yaşlı qadın və kişinin körpəsi dünyaya gəlib.

Qadın sevgilisinə körpəni satıb, əldə etdiyi gəlirlə ev almaq istədiyini bildirib. Tezliklə uşağı götürmək istəyən bir adam tapılıb, qısa bir "bazarlıqdan" sonra uşağı 190 milyon soma (25 664 manat) satmağa razılaşıblar.
Ailə başçısı məbləğin birinci hissəsini alan zaman saxlanılıb. Cütlük barəsində uşaq alveri maddəsi ilə cinayət işi açılıb. Nəticədə o, beş il müddətinə, qadın isə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, kişinin yeddi uşağı olduğu üzə çıxıb. Onların kiminlə yaşadığı məlum deyil.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
12
bizim.media

10Mənbələr